media-inshot_20250825_215237209

Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az-a daxil olan məlumata görə, qəza Azərbaycan Nəşriyyatının önündə, işıqfor yolunda qeydə alınıb.

Hadisə zamanı arxadan gələn “Mercedes” markalı avtomobil öndə dayanan “Xəzər” markalı avtomobilə dəyib.

Qəza nəticəsində ölən və xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yolda qısa müddətlik sıxlığa səbəb olub. Lakin bir müddət sonra Dövlət Yol Polisi əməkdaşları hadisə yerinə gələrək vəziyyətə cəld müdaxilə ediblər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər