Bakıda müəmmalı hadisə: Gənc yazar evində ölü tapıldı
Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.
Patrulaz.az xəbər verir ki, rayonun Cəmşid Naxçıvanski küçəsi, bina 43, mənzil 84 ünvanında 27 yaşlı Ayxan Kaşanlının meyiti tapılıb.
Mərhumun qonşularının sözlərinə görə, A.Kaşanlı subay idi və bacısına və onun uşaqlarına baxırdı:
“Hadisə günü bacısı işdə idi, uşaqları isə evdə idi. Bacısı səhər evə gələndə qardaşının meyitini görüb. Çox əziyyət çəkən uşaq idi. Motosikletlə kuryerlik edirdi”.
Məlumata görə, Ayxan Kaşanlı həm də gənc yazar olub.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat Baku TV-nin süjetində təqdim olunur.






