Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb - ŞİKAYƏT - VİDEO
Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb.
Patrulaz.az-a daxil olan şikayətə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Razin Talkuçka” adlanan ərazisində ümumi istifadədə olan yol şlaqbaum quraşdırılmaqla bağlanıb.
Şikayətçi bildirir ki, bu yol uzun illərdir ərazidə yaşayan və hərəkət edən sakinlərin istifadəsində olub. Lakin son günlərdə kimliyi məlum olmayan şəxslər tərəfindən yol bağlanıb və hərəkət məhdudlaşdırılıb.
“Kim icazə verib ki, bizim yolumuzu kəssinlər? Bu yol şəxsi mülkiyyət deyil, dövlət yoludur!” – deyə sakinlər bildirirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini və bu qanunsuzluğun aradan qaldırılmasını xahiş edirlər.






