Bakıda yanan anbar məşhur şirkətin imiş
“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.
Patrul.az xəbər verir ki, bu barədə “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.
“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.
Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.
Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.
Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, – deyə paylaşımda vurğulanıb.






