Bakıda yol qəzası olub
Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Patrulaz.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib.
Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb.
NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.