Bakının bəzi yollarında sıxlıq var – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Patrul.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;
4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.






