media-photo-output

Bakıda avtobus marşrutlarının keçdiyi küçə iki aydır kanalizasiya suları ilə doludur – Sakinlər NARAZIDIR

Paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Yavər Əliyev küçəsində artıq iki aydan çoxdur ki, kanalizasiya problemi yaşanır.

Patrulaz.az-a daxil olan məlumata görə, 113, 191, 213 və 106 saylı avtobus marşrutlarının hərəkət etdiyi bu yolda kanalizasiya sularının axını nəqliyyatın hərəkətini çətinləşdirib.

Redaksiyamıza müraciət edən sakin bildirir ki, problemin aradan qaldırılması məqsədilə ərazidə qazıntı işləri aparılsa da, məsələ hələ də həll olunmayıb:

“Sakinlər olaraq bu vəziyyətdən artıq bezmişik. Avtomobillər zədələnir, kanalizasiya suyu ətrafa pis qoxu yayır. Gəlib dağıtdılar ki, düzəldiləcək, amma iki aydır ki, problemin həlli ilə bağlı heç bir xəbər yoxdur”.

Redaksiyamıza təqdim olunan kadrlarda avtobusun çirkab sularının içindən keçməkdə çətinlik çəkdiyi, digər avtomobilin isə batmamaq üçün yolun kənarı ilə hərəkət etdiyi əks olunub.

Məsələ təkcə nəqliyyatla bağlı deyil, həm də ciddi ekoloji və sanitar risklər yaradır. Sakinlər aidiyyəti qurumlardan problemin operativ şəkildə həll olunmasını və küçədəki kanalzasiya sisteminin tam bərpasını xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər