media-inshot_20250806_211815861

Bakının Xəzər rayonu Qala qəsəbəsində “Ford” və “Range Rover” markalı avtomobillərin toqquşması bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da saat 17:30 radələrində qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya əsasən, toqquşma nəticəsində “Ford” markalı avtomobilin sərnişini, 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində dünyasını dəyişib.

Digər 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaqın nəticəsində məlum olacaq.

media-whatsapp_image_2025-08-06_at_18-11-47__1_ media-whatsapp_image_2025-08-06_at_18-11-46


Bənzər xəbərlər