media-inshot_20250818_190207436

Bal əsrlərdir həm qida, həm də şəfa mənbəyi kimi tanınır. Amma təəssüf ki, bazarlarda və marketlərdə satılan balın hamısı təbii deyil. Saxta bal həm dadı, həm də faydaları baxımından orijinaldan fərqlənir. Bəs necə anlayaq ki, aldığımız bal gerçəkdir, yoxsa süni qatqılarla hazırlanıb?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Əvvəlcə rəng və qoxuya diqqət edin.

Təbii balın qoxusu xoş, yüngül çiçək ətirli olur, çox şirin və boğucu qoxular isə şübhə yaradır. Həmçinin təbii bal bəzən bulanıq görünə bilər, çünki tərkibindəki polen və digər təbii hissəciklər şəffaflığını azaldır. Saxta bal isə çox vaxt şüşə kimi aydın və bərabər rəngdə olur.

Dad da mühüm göstəricidir. Həqiqi bal ağızda uzun müddət qalır, boğazda azacıq “yanma” hissi yaradır. Saxta bal isə sadəcə şəkər şərbətinə bənzər dad verir və tez yox olur.

Sadə bir üsul da var: Bir qaşıq balı suya əlavə edin. Təbii bal suda tez həll olmur, dibə çökür, amma saxta bal həmin dəqiqə qarışır.

Ən önəmlisi isə etibarlı mənbədən almaqdır. Arıçılardan, sertifikatlı istehsalçılardan alınan bal həm keyfiyyətinə, həm də faydasına görə daha güvənlidir. Yəni, balın saxta olub-olmadığını anlamaq üçün sadə müşahidələr kifayətdir. Çünki hər şirin dad bal deyil.

Ləman Sərraf


Bənzər xəbərlər