Balıqçıların toruna nadirən tapılan köpək balıqları düşdü
Türkiyənin Mersin liman şəhərində yerləşən Silifke sahillərində balıqçıların toruna nadir rast gəlinən 8 köpək balığı düşüb.
Patrulaz.az xəbər verir ki, balıqçılar 15 mil açıqda tutduqları küt burunlu altı giləli köpək balıqlarını telefonla çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Balıqçılardan biri tutulan köpək balıqları ilə bağlı zarafatla bu sözlərideyib: “Bu il dənizə heç kim girməsin, sizi yeyərlər!”
Məlumata görə, balıqçılar tutduqları köpək balıqlarını yenidən suya buraxıblar.
Qeyd edək ki, küt burunlu altı giləli köpək balığı dərin sularda yaşayır. Bu növ balıqlar insanlara nadir hallarda hücum edirlər və hal-hazırda nəsli tükənmək təhlükəsi ilə üz-üzədir.
Gülbəniz Səfərova







