Balta ilə insanlara hücum edən ruhi xəstə tutuldu
Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.
Patrulaz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb.
Vəziyyətinin qənaət bəxş olduğu üçün evə buraxılıb.
Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanın balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.






