media-f91abac8-d2ee-49b5-bba2-61e95787c525

Su İdman Sarayının yaxınlığında yerləşən basketbol meydançasında axşam saatlarında ciddi problem yaşanır. Sakinlərin iddiasına görə, meydançada axşam saatlarında işıqlar yandırılmır, bu isə idmanla məşğul olmaq istəyənlərin qarşısında maneə yaradır.

Gənclərin toplaşdığı bu ərazi xüsusilə yay aylarında aktiv şəkildə istifadə olunur. Lakin son günlərdə meydançanın qaranlıq qalması narazılıq yaradıb. Əraziyə nəzarət edən əməkdaşlar işıqların yandırılmamasını “rəsmi icazənin olmaması” ilə əsaslandırır və vətəndaşlara bildirirlər ki, müdiriyyətə müraciət edilsin. Maraqlısı budur ki, həmin müdiriyyətin konkret kimlərdən ibarət olduğu bəlli deyil.

Patrulaz.az-a müraciət edən sakinlərdən biri bildirib ki, problemi yerindəcə aidiyyəti şəxslərlə müzakirə edib, lakin nəticə əldə edə bilməyib:

“Axşam saatlarında basketbol oynamaq istəyən gənclər meydançaya gəlir, amma işıqlar yandırılmır. Məsul şəxslər deyirlər ki, ‘icazə yoxdur’. Soruşuram, kimdən icazə almaq lazımdır, cavab vermirlər. Üstəlik, bəzi əməkdaşlar gizli şəkildə bildirirlər ki, 5-10 manat versən, işıqları yandırarıq.”

Patrulaz.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Bənzər xəbərlər