media-photo-output

Səbail rayonunun Bayıl qəsəbəsində qəzalı vəziyyətdə olan binalar çökmək üzrədir.

Patrulaz.az-a daxil olan məlumata görə, Bayıl qəsəbəsi Əlibəyov qardaşları 36 ünvanında yerləşən binaların balkonlarından daşlar düşərək ərazidən keçənlərin həyatını təhlükəyə atır.

Sakinlərin bildirdiyinə görə, bina uzun müddətdir ki, qəza vəziyyətindədir. Onlar dəfələrlə bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, indiyədək heç bir tədbir görülməyib.

Redaksiyamıza daxil olan görüntülərdə balkondan qopan daşın yerə düşdüyü, balkonların çökmək üzrə olduğu aydın görünür.

Qeyd edək ki, Bayıl sakinləri aidiyyəti qurumlardan binanın vəziyyəti barəsində təcili tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər