media-inshot_20260105_120855249

Bərdə rayonunda 11-ci sinif şagirdi həbs edilib. 2007-ci il təvəllüdlü şəxs əmisinin beş yaşlı qızına qarşı seksual xarakterli zorakılıq edib.

Məsələ ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Bərdədə baş vermiş bu dəhşətli hadisə ailə məsuliyyətinin tam iflasıdır:

“Yeniyetmənin iyrənc əməllərə əl atması bir gündə, bir anda yaranmır, illərlə davam edən nəzarətsizlik, tərbiyədən kənar qalma, laqeydlik və valideyn məsuliyyətsizliyinin nəticəsidir.

Təcavüzü törədən yeniyetmənin valideynləri cəmiyyətdə qətiyyətlə və şiddətlə qınanmalıdır. Uşağa dəyər aşılamayan, ona sərhədləri öyrətməyən, davranışına nəzarət etməyən valideynlər bu cür cinayətlərin mənəvi tərəfdaşlarıdır. Uşağı dünyaya gətirmək valideynlik deyil, onu insan kimi yetişdirmək valideynlikdir”.

media-inshot_20260105_120506959

G.Ağamalı vurğulayıb ki, heç kim “uşaqdır, bilməyib” bəhanəsi ilə məsuliyyətdən yayına bilməz:

“Yeniyetmənin zorakılıq davranışı ailədə ciddi problemlərin, yanlış tərbiyənin və səhlənkarlığın göstəricisidir. Bu cür hallarda valideynlər hüquqi məsuliyyət daşımalıdırlar.

Uşağın tərbiyəsi ictimai təhlükəsizlik məsələsidir. Bir ailənin laqeydliyi başqa bir ailənin uşağının həyatını məhv edirsə, burada susmaq cinayətə göz yummaq deməkdir. Uşaqların təhlükəsizliyi qırmızı xətdir. Bu xətti keçən hər kəs qanun qarşısında cavab verməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər