media-inshot_20250728_223816271

Alimlər bağırsaqlarımızda yeni hiss aşkara çıxarıblar.

Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, Duke Universitetində aparılan araşdırmaya görə, bağırsaqdakı bakteriyaların ifraz etdiyi “flagellin” adlı zülal, bağırsaq neyronları tərəfindən hiss olunur və beyinə “toxam” siqnalı göndərir.

Bu mexanizm iştahı azaldır və alimlər bunu “neyrobiotik hiss”, yəni yeni bir hiss kimi qiymətləndirirlər. Tədqiqat göstərib ki, bəzi siçanlar bu siqnalı ala bilmədikdə daha çox yeyib kökəlirlər.

Tədqiqatçı Diego Bohorquez bildirib ki, bu kəşf davranışlarımızda mikrobların rolunu daha dərindən anlamağa imkan verir.

Qeyd edək ki, bu yeni tapıntı piylənmə və psixi pozuntuların müalicəsində mühüm rol oynaya bilər.


Bənzər xəbərlər