media-c3fe384a-1596-40c6-9dda-6838cf9d5478

Biləcəridə avtobus sürücüsü qırmızı işıqda keçərək piyadaların həyatını təhlükəyə atıb.

Patrulaz.az-a daxil olan məlumata görə, “99-JS-551” dövlət nömrə nişanlı, 91 saylı marşrut avtobusu svetoforun qırmızı işığında dayanmayaraq, piyada keçidindən keçən insanlara məhəl qoymadan yoluna davam edib.

Hadisə zamanı yoldan keçən məktəblinin son anda avtobusu görüb dayanması faciənin qarşısını alıb.

91 saylı marşrut avtobusunun sürücüsü bu məsuliyyətsiz hərəkəti ilə yalnız piyadaları deyil, eyni zamanda daşıdığı sərnişinlərin həyatını da təhlükə altına atıb.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sürücülərin svetoforun qırmızı işığında hərəkəti davam etdirməsi yol hərəkəti qaydalarının kobud pozuntusu sayılır və bu, sürücüyə qarşı inzibati cəza tədbirlərinin görülməsinə səbəb ola bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər