media-img_8436

Biləcəri qəsəbəsində təhlükəli və ağlasığmaz görüntülər qeydə alınıb. Bir neçə azyaşlı sıra ilə yerə uzanıb, digər bir uşaq isə skuter ilə onların üzərindən tullanaraq keçir. Bu, birbaşa həyati təhlükə yaradan hərəkətdir.

Bu hadisə hüquq-mühafizə orqanlarının səlahiyyətinə birbaşa aid olmasa da, məsuliyyət tamamilə valideynlərin üzərindədir. Övladlarını nəzarətsiz buraxan valideynlər bilməlidir ki, belə məsuliyyətsizlik istənilən an faciə ilə nəticələnə bilər.

Valideynlər dərhal övladlarına bu cür təhlükəli oyunların necə fəlakətə səbəb ola biləcəyini izah etməli və qarşısını almalıdır. Uşaqların həyatı zarafata gəlməz!

Günay Salayeva

Patrulaz.az


Bənzər xəbərlər