Binada Spiderman kimi təhlükəli hərəkətlər edən qadının viral görüntülərinin arxasında... - VİDEO
Çinin Guangdong əyalətində baş verən hadisə sosial mediada geniş yayılıb.
Patrul.az-ın məlumatına görə, binanın 10-cu mərtəbəsində bir qadın təhlükəli hərəkətlər edərək digər balkona keçməyə çalışıb.
İddialara görə, hadisənin səbəbi onun sevgilisinin arvadının evə gözlənilmədən gəlməsi olub.
Videolarda qadının bir qolu ilə məhəccərdən yapışdığı, bədəni havada asılı vəziyyətdə olduğu görünür. Görüntülərdə həmçinin qadının təhlükəsizlik alətləri olmadan və əlində cib telefonu ilə düşməyə hazırlaşdığı əks olunub.
Daha sonra o, pəncərənin kənarındakı dar çıxıntıdan yapışaraq aşağı düşməyə çalışıb və bu zaman qonşu pəncərəsini döyərək kömək istəyib. Sakin isə qadını içəri çəkərək, həyatını xilas edib.
Hadisə nəticəsində qadın sağ qalıb, lakin video internetdə milyonlarla baxış toplayaraq gənclər və böyüklər arasında müzakirələrə səbəb olub.
Həmin məşhur görüntünü təqdim edirir:






