media-img-20251103-wa0035

Şöhrət parlaq işıqlar, qırmızı xalça və milyonlarla izləyici deməkdir. Amma bu dünyanın pərdəsinin arxasında çox vaxt xaos, yanlış qərarlar və bir anın içində itirilən sərvətlər gizlənir. Bəzi məşhurlar üçün “bir gecədə uğur” nə qədər realdırsa, “bir gündə iflas” da o qədər mümkündür.

Patrulaz.az qısa bir müddətdə varlı statusundan borclu statusuna keçid edən məşhurların siyahısını təqdim edir.

Məsələn, MC Hammer, 90-cı illərin musiqi ikonası, bir vaxtlar 70 milyon dollarlıq sərvətin sahibi idi. Amma dəbdəbəli həyat tərzi, 200-dən çox işçi və saysız xərclər onu cəmi bir neçə ilə müflis etdi.

media-inshot_20251103_140615856

Nicolas Cage isə Hollivudun ən çox qazanan aktyorlarından biri olmasına baxmayaraq, nadir dinozavr kəllələri, qədim qalalar və ekzotik heyvanlara sərvət xərcləyib, nəticədə vergi borcları içində qalıb.

media-9c05f2b866cf-close-up-of-nicolas-cage-in-a-red-suit

Mike Tyson 400 milyon dollarlıq qazancını lüks avtomobillər, zərgərlik və partilərə xərcləyərək itirib, indi isə özü bu dövrü “ağlımın dumanlandığı illər” adlandırır.

media-gettyimages-2185166580

Bu hekayələrin ortaq cəhəti nədir? Şöhrət insanı yüksəldir, amma idarəetmə bacarığı yoxdursa, elə o yüksəklikdən yıxılmaq da bir ana baxır.

Ləman Əlizadə


Bənzər xəbərlər