Birlikdə əylənən iki erməni və bir azərbaycanlı Rusiya şəhərində həbs edildi
Blagoveşensk şəhərində iki erməni və bir azərbaycanlı əsilli Rusiya vətəndaşı ictimai asayişi pozduqları üçün 3 sutka inzibati həbsə məhkum olunub.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iyulun 19-na keçən gecə Lenin meydanında baş verib.
1994–1998-ci il təvəllüdlü üç gənc spirtli içki içib, qəlyan çəkib və yüksək səslə musiqi dinləməklə ictimai qaydanı pozublar. Məhkəmə onların bu hərəkətlərini “xırda xuliqanlıq” kimi qiymətləndirərək 3 günlük inzibati həbs qərarı çıxarıb.
Məsələ ilə bağlı sosial mediada tənqidi fikirlər yayılıb. Bir istifadəçi belə yazıb:
“Rusiya istəyirdi ki, ermənilər və azərbaycanlılar mehriban yaşasın, indi isə birlikdə əyləndiklərinə görə həbs edirlər”.
Qeyd edək ki, Blagoveşensk şəhəri Amur vilayətinin inzibati mərkəzidir və burada fərqli etnik qruplardan olan vətəndaşlar birgə yaşayır.

Gülbəniz Səfərova






