"Bolt" taksi şirkətinin adı altında fəaliyyət göstərən fırıldaqçılıq hadisəsi baş verib - FOTO
Bakıda “Bolt” taksi şirkətinin adı altında fəaliyyət göstərən fırıldaqçılıq hadisəsi baş verib.
Patrulaz.az-a verilən məlumata görə, fırıldaqçı “Bolt” taksi hesabını bərpa edəcəyini vəd edərək vətəndaşdan 60 azn məbləğində vəsait alıb. Daha sonra o pulu aldıqdan sonra yoxa çıxıb.
Aldatdığı şəxsdən təcili olaraq məbləği göndərməsini tələb edən dələduz, həmin şəxsə “Bolt” profilinin bərpası üçün şəkil də göndərməsini istəyib. Bundan əlavə, o, öz bank kartı nömrəsini də verərək, qarşı tərəfdən ödənişin tezliklə həyata keçirilməsini tələb edib.
Dələduzun inandırıcı görünməsi üçün yazışmalarda səlis və rəsmi bir üslubdan istifadə etdiyi, aldanan şəxsin isə əməliyyatın uğurlu olduğunu düşünərək pulu göndərdiyi məlum olub.
Qeyd edək ki, son zamanlar ölkəmizdə “Bolt” taksi şirkətinin adı altında saxta profillərin yaradılması və vətəndaşların aldadılması halları xeyli artıb. Bu kimi hallarda vətəndaşlar daha ehtiyatlı olmalı, proses yekunlaşmadığı təqdirdə ödəniş etməmələri məsləhət görülür.
Gülbəniz Səfərova