media-inshot_20250811_232903199

Avqustun 8-i gecə saatlarında səmada qara rəngə bürünmüş “Nərə Balığı Ayı” ortaya çıxacaq. 

Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, avqust ayının tam Ayı “Nərə Balığı Ayı” adlanır və bu ad Şimali Amerikanın yerli xalqlarının yay fəslində bol olan nərə balığı ilə bağlıdır. Bu adlar 20-ci əsrin əvvəllərində ilin hər Tam Ayına verilmişdir və təbiətə əsaslanan dərin mədəni köklərə malikdir.

“The Old Farmer’s Almanac”da bildirilir: “Nərə Balığı Ayı Böyük Göllər bölgəsində yaşayan yerli xalqlar üçün yay sonunda bol ovlanan nərə balığını simvolizə edir və təbiətin dövriliyini xatırladır”.

Qeyd edək ki, ayın sonunda nadirən görünən “Qara Ay” ortaya çıxacaq. Yəni, bu zaman Ay Günəş və Yer arasına girərək görünməz olacaq və bu, astronomiya dünyasında xüsusi maraq yaradan hadisə kimi qəbul edilir.


Bənzər xəbərlər