“Bu bizim üçün böyük şərəfdir ki, ABŞ ilə strateji tərəfdaşlığımızı qururuq” - İlham Əliyev
“Bu gün çox yaxşı söhbətlərimiz oldu. Söhbətimiz ikitərəfli gündəliyə dair bir çox məsələləri əhatə etdi. Biz Tramp administrasiyasına Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarıq.”
Patrul.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi zamanı deyib.
“Bu gün Strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir. 6 ay əvvəl Prezident Trampla Vaşinqtonda görüş və həmin xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan ABŞ ilə qururuq. Biz həmçinin Prezident Trampa, vitse-prezident Vensə və onların heyətinə təşəkkür edirik ki, Qafqazda sülhə töhfə verdilər”, – dövlət başçısı bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezident İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezident Ceyms Devid Vens arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.






