media-6ddd88fe-6ddb-4649-991e-045eed7bc347

Abşeron rayonunun Digah qəsəbəsinə gedən yolun kənarında qırılmış işıq dirəyi mövcud vəziyyəti ilə sakinləri narahat edir.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, qış aylarında avtomobilin vurması nəticəsində qırılan dirək hələ də ərazidən götürülməyib və yolun kənarında təhlükəli vəziyyət yaradır.

Hadisə şahidlərindən biri bildirir: “Təkcə qırılmış dirək deyil, işığı yanmayan digər dirəklər də burada yer tutur. Əvvəllər necə idisə, indi də eynidir, ərazidəki dirəklər işləmədiyindən gecələr bura qaranlıq olur. Aidiyyəti qurumlar isə məsələ ilə maraqlanmır, heç bir tədbir görülmür. Heç bir funksiyası qalmayan bu dirəkləri gəlib ərazidən yığışdırsalar yaxşı olar”.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı operativ tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər