media-img-20260625-wa0004

Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri kimi qəbul edilən Aşura günü hicri 61-ci ildə Kərbəla faciəsi ilə yadda qalıb. Həmin gün Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri, səhabələri və tərəfdarları Kərbəla çölündə şəhid edilib.İmam Hüseynin (ə) haqq və ədalət uğrunda şəhadəti mənəviyyatın, səbir və mübarizənin ən böyük nümunələrindən biridir. Bu gün Azərbaycan dindarları tərəfindən hər il ehtiramla yad edilir.

Patrul.az xəbər verir ki, Aşura günü ölkəmizdə ənənəvi olaraq qanvermə aksiyaları da təşkil olunur. Toplanan qan ehtiyatları talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə edilir. Minlərlə vətəndaş bu aksiyalara qoşularaq ehtiyacı olan insanlara dəstək göstərir.

Nəticə etibarilə, Aşura günü təkcə matəm və hüzn günü deyil, həm də mərhəmət, yardımlaşma və həmrəylik günüdür. Bu gün insanlara xeyirxahlığın, paylaşmağın və ehtiyacı olanlara yardım etməyin vacibliyini bir daha xatırladır.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər