media-7fe13bee-2e0e-4854-b824-fa316b75f83e

Vaxt qurşaqları fərqinə görə Yeni Zelandiya GTA 6 oyunu üçün ön sifarişlərin açıldığı ilk ölkə olub.

Patrul.az xəbər verir ki, ölkədə saatların gecə 00:00-ı göstərməsi ilə birlikdə məşhur Grand Theft Auto VI (GTA 6) oyunu üçün ön sifarişlər aktivləşdirilib. Bununla da Yeni Zelandiya oyunsevərləri dünyanın digər ölkələrindəki istifadəçilərdən daha əvvəl oyunu sifariş etmək imkanı əldə ediblər.

Sosial şəbəkələrdə bu hadisə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi vaxt qurşaqları səbəbindən Yeni Zelandiya oyunçularının GTA 6 üçün ilk ön sifariş verənlər sırasında yer aldığını qeyd edib.

media-790535e3-80a9-4348-82ac-c70ffdb3e212

Qeyd edək ki, GTA 6 son illərin ən çox gözlənilən videooyunlarından biri hesab olunur. Oyunun təqdimat videoları milyonlarla baxış toplayıb və mütəxəssislər onun satışa çıxdıqdan sonra oyun sənayesində yeni rekordlar müəyyən edəcəyini proqnozlaşdırırlar.

Analitiklərin fikrincə, GTA 6-nın satışları ilk günlərdən etibarən milyardlarla dollar gəlir gətirə və onu videooyun tarixinin ən uğurlu layihələrindən birinə çevirə bilər.


Bənzər xəbərlər