media-inshot_20250917_233833543

Nigeriyada heyvanlardan insanlara keçən təhlükəli “Lassa” qızdırması sürətlə yayılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il ölkədə 871 yoluxma faktı qeydə alınıb, 162 nəfər isə həlak olub. Məlumata görə, 25–31 avqust tarixləri arasında daha 10 yeni yoluxma aşkarlanıb.

Hazırda paytaxt Abuja da daxil olmaqla, 21 ştatda xəstəliyin yayılması müşahidə olunur.

Səlahiyyətlilər əhalini siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır. Çünki “Lassa” virusu əsasən gəmiricilərin nəcis və sidiyi ilə yoluxur, insandan insana keçə bilir və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Qeyd edək ki, Nigeriyada “Lassa” qızdırmasına görə 2019-cu ildə fövqəladə vəziyyət elan edilib. Xəstəlik həmçinin Mali, Toqo, Qana, Liberiya və Siera-Leonedə də yayılıb. İlk dəfə isə 1969-cu ildə Nigeriyanın Borno əyalətində aşkarlanıb.


Bənzər xəbərlər