media-e0b95c02-dac2-43e1-97c1-fc33657bd313

“Beynəlxalq təşkilatların, eyni zamanda Azərbaycan hökumətinin proqnozları göstərir ki, 2025-ci il Azərbaycan üçün iqtisadi baxımdan yaddaqalan illərdən biri olacaq. Belə ki, bu il iqtisadi artım davam edəcək”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

media-vuqar_bayramov-1

Deputat bildirib ki, xərclərin məbləğinə diqqət yetirsək, 2025-ci ildə Azərbaycan müstəqillik dövrünün ən böyük büdcəsini icra edəcək: “Həmçinin müstəqillik dövründə sosial istiqamətə ən böyük məbləğin ayrılması nəzərdə tutulub. Belə ki, bu il 17 milyard manata yaxın vəsait məhz sosial sahəyə yönləndiriləcək. Qarabağ və Şərqi Zəngəzurun bərpası davam etdiriləcək və bu istiqmətdə dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu o deməkdir ki, bütövlükdə Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manat ayrılmış olacaq. Buna görə də iqtisadi artım tempi, sosial təminatın gücləndirilməsi 2025-ci ildə əsas prioritetdir. Birmənalı şəkildə bu hədəflərə nail olunması 2025-ci ilin iqtisadi baxımdan yadda qalan illərdən birinə evrilməsinə imkan yaradacaq”.


Bənzər xəbərlər