media-img_2818

Bakının Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində sürücülər üçün təhlükə yaradan problem uzun müddətdir ki, həll olunmur.

Patrulaz.az-a daxil olan məlumat və video görüntülərə əsasən, sözügedən küçənin üzüaşağı istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol hərəkətini tənzimləyən svetoforu vaxtında görə bilmirlər. Buna səbəb isə yol kənarındakı sıx ağac budaqlarının işıqforların görünüşünü məhdudlaşdırmasıdır.

Ərazidə olan sürücülər bildirirlər ki, xüsusilə sol tərəfdə yerləşən və “dublor” funksiyasını daşıyan əlavə svetofor tamamilə ağacların kölgəsində qalıb.

Qeyd edək ki, sürücülər aidiyyəti qurumlardan ağacların budanaraq işıqforların görünüşünün bərpa olunmasını və problemin tez bir zamanda aradan qaldırılmasını xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər