"Bu layihə regionda sülhün güclənməsinə töhfə verəcək" - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında TRIPP layihəsinin region üçün əhəmiyyəti barədə danışıb.
Patrul.az xəbər verir ki, dövlət başçısı layihənin Azərbaycanın qonşu ölkələrlə əlaqələrini gücləndirəcəyini və regionda sülhü möhkəmləndirəcəyini vurğulayıb.
“Tramp administrasiyasının bizim regionda göstərdiyi ən vacib səylərdən biri TRIPP layihəsidir. Bu layihə nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda çox etibarlı və təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevrilərək Asiyanı Avropa ilə Azərbaycan ərazisi vasitəsilə, Ermənistanı da əhatə etməklə birləşdirəcək. Digər qonşu ölkələr də bu layihədə iştirak edəcək. Bu isə ümumilikdə regionda sülhün gücləndirilməsinə xidmət edəcək”, – dövlət başçısı bildirib.






