Bu maddəyə sahib göbələklər ömrü uzadır
ABŞ-də aparılan yeni tədqiqat “psilosibin” maddəsinə sahib olan göbələklərin ömrü uzatdığını ortaya çıxarıb.
Patrulaz.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmaya görə, “psilosibin” yəni sehrli göbələklərdəki aktiv maddə yaşlı siçanlarda hüceyrə ömrünü artırıb və onların daha uzun yaşamasına səbəb olub.
Emori Universitetinin alimləri “psilosibin” maddəsinin oksidləşdirici stressi azaltdığını, DNT zədələrinin qarşısını aldığını və telomerlərin qorunmasına kömək etdiyini bildiriblər.
Qeyd edək ki, “psilosibin”in ömrü uzatdığı ilk dəfə elm yolu ilə sübut olunub. Alimlər bunun insanlar üçün də keçərli ola biləcəyini vurğulayıblar. Lakin əlavə sınaqlara ehtiyac olduğu da bildirilib.
Gülbəniz Səfərova






