media-inshot_20260416_085958944

Türkiyədə aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan bir neçə tanınmış şəxsin Məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılan analizlərinin nəticələri açıqlanıb.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan müayinələr zamanı şübhəlilər – aktyor Burak Dəniz, sosial media fenomeni Enes Güler və aktrisa Serra Pirinçdən götürülmüş saç və qan nümunələrində kannabis (çətənə) və kokain maddələri aşkar edilib.

Müğənni Utku Ünsalın analiz nəticələrində kannabis istifadə etdiyi müəyyən olunub.

Digər müğənni Simge Sağın isə analizlərində əczaçılıq tərkibli aktiv maddələr aşkar edilib.

İstintaq çərçivəsində saxlanılan digər məşhurların bir qismi məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, bəziləri barəsində isə araşdırmalar davam edir.


Bənzər xəbərlər