media-inshot_20260304_110147193

Belçikanın müdafiə naziri Teo Franken ABŞ-İsrail-İran müharibəsi ilə bağlı sensasion açıqlama verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Frankenə Yaxın Şərqdə baş verən müharibəyə hərbi cəhətdən qoşula biləcəkləri barədə sual verilib. O isə cavabında “Bəlkə də görəcəyik” deyib.

Nazir daha sonra ABŞ və İsrailin İrana hücumları ilə başlayan gərginlik səbəbindən Yaxın Şərqdə qalan vətəndaşlarını yaxın günlərdə hərbi təyyarələr vasitəsilə təxliyə etməyi planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, İran Qırmızı Aypara Cəmiyyəti ABŞ və İsrailin hücumları nəticəsində 787 nəfərin həyatını itirdiyini açıqlayıb.


Bənzər xəbərlər