Bu ölkə israillilərə xidmət göstərməkdən İMTİNA ETDİ
Tailandda bir sıra ictimai iaşə obyektləri Yaxın Şərqdə gərginliyin artması fonunda İsrail vətəndaşlarına xidmət göstərməkdən imtina etməyə başlayıb.
Patrul.az xəbər verir ki, bu barədə martın 19-da taylandlı beynəlxalq icmalçı və siyasətçi Nitiphumthanat Minq-Ruçiralay məlumat verib.
Onun sözlərinə görə, yaranmış vəziyyət israilli turistlərə qarşı müəyyən mənfi münasibətin formalaşmasına səbəb olub. Ekspert qeyd edib ki, ABŞ vətəndaşlarına qarşı isə belə münasibət müşahidə olunmur, baxmayaraq ki, Vaşinqton Tehranla bağlı qarşıdurmada İsraillə eyni mövqedən çıxış edir.
Minq-Ruçiralay vurğulayıb ki, Tailandda tarixən antisemitizm olmayıb, lakin bəzi dairələrdə İsrail siyasətinə qarşı tənqidi münasibət (antisiyonizm) mövcuddur. Buna baxmayaraq, ümumi olaraq İsrail dövlətinə və onun vətəndaşlarına münasibət müsbət olaraq qalır.
Ekspert sosial şəbəkələrdə israillilərin Tailanddakı davranışı ilə bağlı yayılan məlumatlara da ehtiyatla yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, bu tip paylaşımların bir qismi şişirdilmiş və ya qeyri-dəqiq ola bilər.
Aynur Nadirqızı






