media-09e3e338-74bf-4953-9feb-be7419afc0e1

Türkiyənin Dənizli şəhərində 2 yaşlı uşağı döyən ana və sevgilisi işgəncə ittihamı ilə saxlanılıb.

Patrulaz.az “Kanal46″ya istinadən xəbər verir ki, Sarayköy məhəlləsində anası Satı Buse D. tərəfindən xəstəxanaya aparılan 2 yaşlı Arenin bədənində çoxsaylı xəsarətlər tapılıb. Uşağın başı, üzü və bədəni döyülmə izləri ilə dolu olub, sağ qolunda yara və sağ gözündə şübhəli izlər aşkar edilib.

Həkimlər uşağın vəziyyətinin kritik olduğunu görərək dərhal əməliyyat edib. Körpə müalicə edildikdən sonra dövlət himayəsinə götürülüb.

İstintaq çərçivəsində ana Satı Buse D. və sevgilisi Süleyman D. saxlanılıb. İlkin ifadələrə görə, körpə döyülməklə yanaşı, yandırılıb, dişlənib və divara çırpılıb. Ana, sevgilisinin ona və uşağa zorakılıq tətbiq etdiyini bildirib.

Qeyd edək ki, körpə müalicəsini bitirdikdən sonra dövlət nəzarətinə veriləcək və sosial xidmətlər dəstək göstərməyə davam edəcək. Hadisə ilə bağlı istintaq davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər