media-e5459401-59a2-499d-8e13-49653e92f493

Çilinin cənubunda 7,4 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Patrulaz.az “Euro news”a istinadən xəbər verir ki, zəlzələnin episentri Argentina ilə sərhəddə Uşuayya şəhərindən 219 km cənubda dənizdə yerləşib.

Çili hakimiyyəti Magallanes bölgəsində sahil ərazilərinin təxliyyəsi barədə göstəriş verib. Prezident Qabriel Boric bildirib ki, bütün resurslar səfərbər olunub, əsas vəzifə hazır olmaq və rəsmi çağırışlara əməl etməkdir.

Qeyd edək ki, hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər