media-inshot_20260119_171153161

Pakistanda güclü yanğın hadisəsi baş verib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın ölkənin Gul Plaza ticarət mərkəzində qeydə alınıb.

Hadisə nəticəsində bir yanğınsöndürən də daxil olmaqla 14 nəfər həlak olub. Binanın bəzi hissələrinin uçması səbəbindən 58 nəfər itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir.

Məlumata görə, ticarət mərkəzində köpük, parça və ətir kimi tezalışan materialların çoxluğu yanğının qısa müddətdə geniş əraziyə yayılmasına səbəb olub.

Xilasedicilər daha çox cəsədin tapılması ümidi ilə qismən uçmuş binanın qalıqlarını kranlar vasitəsilə kənarlaşdırıblar. Bununla belə, hadisə yerində təhlükəsiz və hərtərəfli axtarış aparmaq üçün binanın tam soyuması gözlənilir.

Qeyd edək ki, yanğın baş verən binada 1200 mağaza yerləşirdi və ümumilikdə 8000 kvadratmetr ərazini əhatə edirdi.


Bənzər xəbərlər