media-1c42f26c-3c5d-4565-9cc6-dadceb9c04c9

İsveçdə keçiriləcək festiva hazırlaşan 3 gənc güllələniblər.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, İsveçin Uppsala şəhərində “Walpurgis” festivalı ərəfəsində baş verən silahlı hücum üç gəncin həyatına son qoyub. Hadisə zamanı 15-20 yaş arasında olan gənclər bərbərxanada saçlarını kəsdirərkən güllələniblər. Şahidlərin sözlərinə görə, qurbanlardan ikisi bərbər stulunda oturmuş vəziyyətdə başlarından vurulub.

Hadisə İsveçdə yazın başlanğıcını simvolizə edən və minlərlə insanın qatıldığı “Valborq” bayramı öncəsi şəhərdə gərginlik yaradıb. Lakin polis hadisəni “təcrid olunmuş” kimi qiymətləndirib və təhlükəsizliyin təmin olunacağını bəyan edərək festival iştirakçılarına planlarını dəyişməməyi tövsiyə edib.

Şübhəli şəxs hadisədən qısa müddət sonra elektrik skuterilə qaçarkən görülüb. İlk olaraq saxlanılan 16 yaşlı yeniyetmə dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb. Daha sonra aralarında 18-45 yaşlı şəxslərin də olduğu altı nəfər həbs edilib və onlardan biri qətldə əsas şübhəli sayılır.

Baş nazir Ulf Kristersson hadisəni “son dərəcə şiddətli” adlandıraraq, ölkədə artmaqda olan silahlı zorakılığına diqqət yetirib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, İsveç son illərdə Avropada silahlı cinayətlərin artdığı əsas ölkələrdən birinə çevrilib, qurban və cinayətkarların yaşı isə getdikcə cavanlaşır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər