Bu ölkədə güclü külək 4 qayığın batmasına və 10 nəfərin ölümünə səbəb oldu
Çində turistləri daşıyan 4 qayığın batması nəticəsində 10 nəfər həyatını itirib.
Patrulaz.az “Reutrs”ə istinadən xəbər verir ki, Çinin cənub-qərbində yerləşən Quizhou əyalətində güclü külək nəticəsində turistləri daşıyan dörd qayığın çevrilməsi faciə ilə nəticələnib. Umumilikdə 10 nəfər ölüb, 74 nəfər isə xilas edilib.
Xilasetmə əməliyyatlara təxminən 500 nəfər cəlb olunub.
Hadisəyə münasibət bildirən Çin prezidenti Si Tszinpin bildirib ki, bütün resurslar səfərbər edilməli və xilasetmə işləri tam səviyyədə həyata keçirilməlidir. O, əlavə edib ki, turistik məkanlarda və ictimai yerlərdə təhlükəsizlik tədbirləri təxirəsalınmaz şəkildə gücləndirilməlidir.
Qeyd edək ki, bölgədə hava şəraitinin qəfil dəyişməsi ilə yaranan güclü külək fəlakətə səbəb olub.
Rəsmilər hadisənin səbəblərini araşdırmaq üçün təhqiqat başladıb.
Gülbəniz Səfərova