media-f18df3b9-e4a7-4b3a-8c29-09d85d016f3a

Hindistanın Kəlkütə şəhərində yerləşən altımərtəbəli oteldə baş verən dəhşətli yanğın nəticəsində ikisi uşaq olmaqla, 14 nəfər hələk olub.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki hadisə axşam saatlarında, Rituraj otelində qeydə alınıb. Yanğın ilk olaraq mətbəxə yaxın otaqda başlayıb və qısa zamanda bütün binaya yayılıb. Oteldəki 45 otağın hamısı dolu olub. Ümumilikdə isə hadisə baş verən zaman binada təxminən 50 nəfər olub.

Qərbi Benqal əyalətinin yanğınsöndürmə və fövqəladə hallar naziri Sujit Bose açıqlamasında bildirib: “Cəsədlərin əksəriyyəti pilləkənlərdə aşkarlanıb və ilkin ehtimala görə, boğulma əsas ölüm səbəbi kimi görünür”. Onun sözlərinə görə, hazırda yanğının dəqiq səbəbi araşdırılır və hadisə yerinə məhkəmə ekspertləri göndərilib.

Kəlkütə meri Firhad Hakim isə qeyd edib ki, bir çox qonaq binanı vaxtında tərk edə bilsə də, qorxudan damdan atılan bir şəxs həyatını itirib.

Qeyd edək ki, hadisə zamanı otelin yanğınsöndürmə sisteminin işləməməsi xüsusi diqqət çəkib. Bu məsələ də araşdırılan əsas istiqamətlərdəndir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər