media-photo-output

Sumqayıtda sürücü qaydaları kobud şəkildə pozub.

Patrulaz.az-a daxil olan məlumata görə,  hadisə iyunun 18-də Üzeyir Hacıbəyov küçəsi, “Şərq Bazar”ı yaxınlığında baş verib.

Redaksiyamıza daxil olan görüntülərdə “Opel Vectra” markalı, qara rəngli avtomobilin arxa qeydiyyat nişanının olmadığı da açıq-aydın görünür.

Beləliklə, sürücü eyni vaxtda həm qırmızı işıqda hərəkəti davam etdirir, həm yolun əks istiqamətinə çıxır, həm də qeydiyyat nişanı olmadan qanunsuz şəkildə idarəetməni həyata keçirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər