Bu qidalar depressiyadan çıxmağa kömək edir
Yediyimiz qidalar yalnız bədənimizi deyil, beynimizi də qidalandırır. Alimlər sübut edir ki, bəzi məhsullar beyində xoşbəxtlik hormonlarının, yəni serotonin və dopaminin istehsalını artıraraq əhval-ruhiyyəni yaxşılaşdıra bilər.
Patrulaz.az həmin qidalarla sizi tanış edir:
Balıq (xüsusilə somon, skumbriya) omega-3 yağ turşuları ilə beyin hüceyrələrinin fəaliyyətini dəstəkləyir və depressiya riskini azaldır.
Qoz, badam kimi çərəzlər maqneziumla zəngindir. Maqnezium isə sinir sistemini sakitləşdirir.
Qara şokoladın depressiyadan çıxmaq üçün dəstəyini yəqin ki bilməyən yoxdur. O, endorfin ifrazını artıraraq xoşbəxtlik hissi yaradır.
Yulaf, yaşıl yarpaqlı tərəvəzlər, banan isə B qrupu vitaminləri və triptofanla beyində serotonin istehsalını gücləndirir.
Əlbəttə, qidalar təkbaşına depressiyanı müalicə etmir, amma düzgün və balanslı rasion həm psixoloji sabitliyə, həm də ümumi sağlamlığa mühüm töhfə verir. Yəni bəzən xoşbəxtlik sadəcə boşqabımızda ola bilər.
Ləman Sərraf






