media-inshot_20260330_185050834

Çay, qəhvə və qazlı içkilər dərmanların təsirini dəyişdirə bilər. Rusiyalı cərrah Aleksandr Umnovun sözlərinə görə, dərmanları yalnız su ilə qəbul etmək tövsiyə olunur. Su neytral mühit sayılır və dərmanların orqanizmdə sorulmasına mane olmur.

Patrul.az xəbər verir ki, Umnov qeyd edib ki, digər bütün mayelər bu və ya digər dərəcədə dərmanların xüsusiyyətlərini dəyişə bilər. Məsələn, çayın tərkibində olan taninlər sinir sisteminə təsir göstərərək həddindən artıq oyanıqlıq və yuxusuzluq yarada bilər. Qəhvə ilə birlikdə qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatlar isə böyrəklərə toksik təsir göstərə bilər. Qazlı mineral sular da neytral deyil, onların tərkibindəki mikroelementlər bəzi dərmanlarla qarşılıqlı təsirə girərək həm təsiri dəyişə, həm də mədə-bağırsaq traktında sorulmanı azalda bilər. Həkim əlavə edib ki, meyvə şirələri də dərmanların təsirinə və fermentlərin aktivliyinə təsir göstərir. Xüsusilə qreypfrut şirəsi daha təhlükəlidir. Bu şirə qaraciyərdə dərmanların parçalanmasında iştirak edən fermentləri bloklayır və nəticədə preparatların metabolizmi pozulur. Bu isə bəzi hallarda ciddi, hətta həyati təhlükəli nəticələrə səbəb ola bilər. Mütəxəssislər dərmanların düzgün təsir göstərməsi üçün onları yalnız adi su ilə qəbul etməyi tövsiyə edirlər.

Aynur Nadirqızı


Bənzər xəbərlər