Bu yolda 3 zolaqlı yoldan cəmi 1-i işləkdir - Sürücülər narazıdır - VİDEO
Bakının Babək prospektindən Yeni Günəşliyə gedən yolda avtomobillərin nizamsız saxlanılması nəqliyyatın intensiv hərəkətinə ciddi maneə törədir.
Patrulaz.az xəbər verir ki, sözügedən yolun “Əlimyandı Avto” mərkəzinin qarşısında sürücülərin avtomobillərin birbaşa hərəkət zolaqlarında saxlaması nəticəsində 3 zolaqlı yolun 2 zolağı zəbt olunub.
Redaksiyamıza təqdim olunan görüntülərdə avtomobillərin yolun ortasına çıxaraq park edildiyi, digər nəqliyyat vasitələrinin isə yalnız 1 zolaqla sıx şəkildə hərəkət etməyə məcbur qaldığı müşahidə olunur.
Sürücülər vəziyyətdən narazıdır və məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini xahiş edirlər.
Gülbəniz Səfərova






