Bu yolda svetofor quraşdırılandan sonra tıxaclar və ləngimələr artıb – VİDEO
Binəqədi rayonunun Baksol ərazisindən Dərnəgül istiqamətinə gedən yolda quraşdırılan yeni işıqfor sürücülərin narazılığına səbəb olub.
Patrulaz.az-a daxil olan məlumatda sürücülər bildirirlər ki, əvvəllər bu yolda hərəkət qaydasında olsa da, işıqforun quraşdırılmasından sonra tıxac və ləngimələr artıb. Onların sözlərinə görə, sözügedən yolda nəqliyyatın axını əvvəl daha sürətli və maneəsiz olub. Lakin, yeni işıqforun əlavə edilməsi nəticəsində hərəkət intensivliyi aşağı düşüb və bu da yolun əsas çıxış hissələrində sıxlığa səbəb olub. Sürücülər aidiyyatı qurumlardan məsələ ilə bağlı tədbir görülməsini və yolun əvvəlki rahatlığının təmin edilməsi üçün mümkün həll yollarının nəzərdən keçirilməsini xahiş edirlər.