Buzovnada motosiklet faciəsi - “Wolt” kuryeri həyatını itirdi - VİDEO
Bakı şəhəri Sabunçu rayonu, Buzovna qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, iyulun 9-da, təxminən 02:00 radələrində baş verən hadisə zamanı Wolt şirkətində kuryer kimi çalışan şəxs motosikletlə hərəkətdə olarkən ağırtonnajlı yük maşınına arxadan çırpılıb. Sürətli toqquşma nəticəsində kuryer hadisə yerindəcə dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, qəza motosiklet sürücüsünün yük maşınının arxasında maneəni vaxtında görə bilməməsi səbəbilə baş verib.