media-img_8662

“Bu gün qlobal olaraq ticarət müharibələri riski yüksəlib və bu da neftin qiymətinə təsir göstərir. Sözsüz ki, ölkələrin qlobal iqtisadi və ticari müharibələrə, həmçinin qlobal tənəzzülə hazır olması vacibdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.


Deputat bildirib ki, Azərbaycan üçün isə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və iqtisadiyyatda bu sektorun payının artırılması vacib məqamlardan biridir: “Bütün bunlarla yanaşı 2025-ci ilin göstəricilərinə görə, Azərbaycanda qlobal risklərə reaksiya verəcək mühit formalaşıb. Amma neftin real bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımından çox vacibdir.

Azərbaycanın dövlət rezervləri ÜMD qədərdir. Bütövlükdə qlobal tənəzzülə qarşı tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bunun sayəsində qlobal ticarət müharibələri Azərbaycana təsir göstərməz”.


Bənzər xəbərlər