media-inshot_20260317_232856598

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsində cəbhədəki vəziyyətin ağır olduğunu açıqlayıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, o, Ukrayna üçün hər günün çətin keçdiyini bildirib.

“Vəziyyət çox çətindir və təbii ki, biz hər gün çətinliklərlə üzləşirik”, – deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, Zelenski 2025-ci il dekabrın 12-də Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin son dərəcə ağırlaşdığı Kupyansk bölgəsinə səfər etmişdi. O, Ukrayna diplomatiyasının gücünün döyüş meydanındakı Ukrayna Silahlı Qüvvələrinin gücündən asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində milyondan çox insanın öldüyü bildirilir.


Bənzər xəbərlər