media-inshot_20251210_085307180

UEFA Çempionlar Liqasının altıncı turunun ilk oyunları çərçivəsində hələlik doqquz qarşılaşma baş tutub.

Patrul.az xəbər verir ki, oyunlar zamanı Fransa Liqa 1-də “Monako”nun qonağı olan “Qalatasaray” Folarin Balogunun 68-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub olub. Matçın əvvəlində, 50-ci dəqiqədə “Monako” penalti şansı əldə etsə də, Denis Zakariyanın zərbəsini qapıçı Uğurcan Çakır dəf edib.

Ardıcıl uğursuz nəticələrlə çıxış edən “Liverpul” isə səfərdə “İnter”ə qarşı son dəqiqələrdə qalib gəlib. Dominik Soboslay 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək ingilis klubuna 1:0 hesablı qələbə qazandırıb.

Öz meydanında “Sportinq”i qəbul edən “Bavariya” Coşua Kimmixin avtoqolundan sonra hesabda geri düşsə də, Serj Qnabri, Lennart Karl və Conatan Tahın qolları ilə geridönüş edərək 3:1 hesablı qələbə əldə edib.

“Barselona” da geridönüş edən komandalardan olub. Ansgar Knauffun “Ayntraxt Frankfurt”un heyətində vurduğu qoldan sonra geri düşən kataloniyalılar Jules Kounde-nin qolu sayəsində matçı cəmi üç dəqiqə ərzində 2:1 hesabı ilə xeyrinə çevirib.

İtaliyada keçirilən “Atalanta” – “Çelsi” görüşündə ev sahibləri Canluka Skamakka və Şarl de Ketelaerenin qolları ilə 2:1 hesablı qələbə qazanıb. “Çelsi”nin yeganə qolunu braziliyalı Joao Pedro vurub.

“Tottenhem” isə öz meydanında “Slaviya Praqa”ya qarşı inamlı oyun nümayiş etdirib. London klubu David Zimanın avtoqolu, Məhəmməd Kudus və Xavi Simonsun penaltidən vurduğu qollarla 3:0 hesabı ilə qalib gəlib.

Tur çərçivəsində keçirilən oyunların nəticələri:

“Kayrat” (Qazaxıstan) – “Olimpiakos” (Yunanıstan): 0-1

“Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya): 3-1

Monako (Fransa) – Qalatasaray: 1-0

“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə): 0-1

“Tottenhem” (İngiltərə) – “Slaviya Praqa” (Çexiya): 3:0

Union Saint-Gilloise (Belçika) – Olimpik Marsel (Fransa): 2-3

Barselona (İspaniya) – Ayntraxt Frankfurt (Almaniya): 2-1

“Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə): 2-1

PSV (Hollandiya) – Atletico Madrid (İspaniya): 2-3

Xatırladaq ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda, saat 21:45-də Niderlandın “Ayaks” komandası ilə qarşılaşacaq.


Bənzər xəbərlər