media-img-20260210-wa0034

Cərimələrin icrası mexanizmi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması nəzərdə tutulur.

Patrul.az xəbər verir ki, yeni qaydalara əsasən, məhkum cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə məbləği onun əməkhaqqına və ya digər gəlirlərinə yönəldiləcək.

Əgər məhkumun əməkhaqqı və ya başqa qazancı olmazsa, bu halda cərimənin tutulması xüsusi mülkiyyətində olan əmlakına, yaxud ümumi mülkiyyətdə olan payına yönəldiləcək.

Dəyişikliklərin məqsədi cərimələrin icrasının effektivliyini artırmaq və məhkəmə qərarlarının icrasının təmin olunmasıdır.

Məsələ ilə bağlı müvafiq qərarın yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.


Bənzər xəbərlər